Azərbaycan çempionu məşq edərkən vəfat etdi

Azərbaycan çempionu məşq edərkən vəfat etdi

Hazırda oxunan: Azərbaycan çempionu məşq edərkən vəfat etdi

66086

Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zallarından birində qeydə alınıb.

Belə ki, bura məşqə gələn Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.

Qeyd edək ki, Azər Əhmədov rayonda idmançı kimi tanınıb. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğunu əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.

Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütəmadi idmanla məşğul olurdu.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO