Xaçmazda 18 gün əvvəl itkin düşən gəncin meyti tapıldı - FOTO

Xaçmazda 18 gün əvvəl itkin düşən gəncin meyti tapıldı - FOTO

Hazırda oxunan: Xaçmazda 18 gün əvvəl itkin düşən gəncin meyti tapıldı - FOTO

66059

Xaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı gəncin asılmış vəziyyətdə meyti tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Xaçmazın Muxtadır qəsəbəsində baş verib.

Belə ki, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Əşrəf oğlu Nəzərovun meyiti qəsəbə ərazisindəki yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO