Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları sərt hava şəraitinə rəğmən öz vəzifə fəaliyyətlərini yerinə yetirməyə davam edirlər.
Bizim.Media xəbər verir ki, Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının qarlı hava şəraitində xidmətlərini həyata keçirmələri ilə bağlı daha bir video regional büromuza göndərilib.
Məlumata görə, görüntülər işğaldan azad olunmuş ərazilərdə lentə alınıb.
Videonu təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media