Qarlı hava bayram tətilində şimal bölgəsinə turist axınını artırdı – FOTOLAR

Qarlı hava bayram tətilində şimal bölgəsinə turist axınını artırdı – FOTOLAR

Hazırda oxunan: Qarlı hava bayram tətilində şimal bölgəsinə turist axınını artırdı – FOTOLAR

66032

Novruz tətili günlərində intensiv qar yağışı şimal bölgəsinə turist axınını artırıb. Paytaxtda qar üzünə həsrət qalan sakinlər şimal bölgəsinə, əsasən Quba,Qusar rayonlarına üz tutublar.

Qubada turistlər əsasən Quba-Qəçreş-Xınalıq, Quba-Təngəaltı-Afurca istiqamətinə getməyə üstünlük verirlər. Quba-Təngəaltı istiqamətinə səfər edən macəra həvəskarları isə yollarını Xanəgah kəndindən də salmaqla mart ayında əsl qış macərası yaşaya bilirlər.

Xanəgahda Şahdağ Milli parkının ərazisində - Cağacuqçayın əhatəsində 2 şəlalə, müalicəvi suyu ilə tanınan İstisu və Yağışlı dərə turistlərin ən çox sevdiyi məkanlardandır.

Şəlalərin hər ikisi, İstisu və başına Yağışlı dərə turistlərə mart ayında əsl qış nağılını yaşamaq imkanı yaradır.

Macəra və ekstrim axtaran turistlər indi də bura səyahət etməyi çox sevirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Şahdağ Milli parkının ərazisinə giriş bir nəfər üçün 2 manatdır.

Verilən məlumata görə, Şahdağ Milli Parkının Rustov meşəbəyliyinin Xanəgah ərazisində heç vaxt belə qarlı-şaxtalı hava müşahidə olunmayıb. Maraqlıdır ki, hər tərəfi qar və buz olan şəlalələr şaxtaya rəğmən donmayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO