Rusiya “WhatsApp

Rusiya “WhatsApp"ı da bloklayacaqmı? – CAVAB  

Hazırda oxunan: Rusiya “WhatsApp"ı da bloklayacaqmı? – CAVAB  

65989

Rusiyada "WhatsApp" messencerinin bloklanması nəzərdə tutulmur. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirib. 

Klişas "WhatsApp"ı bloklamaq planlarının olmadığını deyib. 

Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyasının Vətəndaş Palatasının (VP) İnternet istifadəçilərinin hüquqlarının müdafiəsi üzrə işçi qrupunun rəhbəri Aleksandr Malkeviç "WhatsApp"ın da Rusiyada bloklanmasının vacib olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO