Türkmənistan Prezidenti nəvəsi ilə kanat yolunda gəzdi - FOTO

Türkmənistan Prezidenti nəvəsi ilə kanat yolunda gəzdi - FOTO

Hazırda oxunan: Türkmənistan Prezidenti nəvəsi ilə kanat yolunda gəzdi - FOTO

6596

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə Kopetdağın ətəklərinə gəzintiyə çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Mərkəzi Asiya mediası yayıb.

Mənbə bildirir ki, nəvəsi ilə paytaxtın cənub kənarlarına gedən ölkə başçısı idman hərəkətləri edib, sonra kanat yoluna tərəf yollanıb.

Berdıməhəmmədov nəvəsi ilə birlikdə funikulyorla Kopetdağın zirvəsinə qalxıb. Kərim kamerası ilə qış mənzərələrinin şəkillərini çəkib.

Türkmənistan Prezidenti nəvəsi ilə birlikdə qar adamı düzəldib.

Sonda kanat yolunun bütün işçilərinə Türkmənistan Prezidenti adından Yeni il hədiyyələri təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO