Ukrayna prezidenti Volodimir Zelenski ərazi bütövlüyü ilə bağlı Rusiyaya hər hansı bir güzəştə getməyəcəyini deyib. Xüsusilə, onun sözlərinə görə, Ukrayna Krım, Donetsk və Luqansk vilayətlərinin ilhaq edilməsinə icazə verməyəcək.
Bizim.Media xəbər verir ki, o, bu barədə CNN telekanalında bildirib.
“Ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç bir güzəşt ola bilməz. Ukrayna xalqı məhz belə düşünür. Onlar rus əsgərlərini gül buketi ilə yox əllərində silahla qarşıladı”. Zelenski bildirib.
O vurğulayıb ki, Moskva başqa ölkənin vətəndaşlarını zorla sevdirə bilməz.
“Siz başqa ölkənin prezidentini nəyisə tanımağa məcbur edə bilməzsiniz”, - prezident əlavə edib.
Bizim.Media
![Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...” Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”](https://bizim.media/file/articles/2022/03/20/1647792492__123535137_gettyimages-1238901132.jpg)
- A-
- A
- A+
Dünya
20:06 / 20.03.2022
Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”
Hazırda oxunan: Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”
Hazırda oxunan: Zelenski Krım və Donbasla bağlı son nöqtəni qoydu: “Rəsmi Kiyev...”
65795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.