Azərbaycanın şimal bölgəsi baharın pişvazına qarla çıxır. Ötən gecədən yağan qar yenə də davam edir.
Bizim.Media xəbər verir ki, Qubanın Xaltan və Xızının Altıağac qəsəbələrində qarın hündürlüyü 41 sm təşkil edib.
Qrız kəndində -12 dərəcə şaxta qeydə alınıb.
Hazırda küləklə müşahidə edilən qar yenə də yağır. Quba və Qusarda avtomobil yolları buz bağlayıb.
Aytəkin Alxaslı, Bizim.Media