Gəncədə 2 silahlı şəxs evə basqın etdi -  Ana və oğul yaralandı

Gəncədə 2 silahlı şəxs evə basqın etdi -  Ana və oğul yaralandı

Hazırda oxunan: Gəncədə 2 silahlı şəxs evə basqın etdi -  Ana və oğul yaralandı

65711

Gəncədə evə silahlı basqın olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, insident zamanı şəhərin Sədi  Şirazi  küçəsində yaşayan 1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlunun qulağı kəsilib, onun anası, 1950-ci il təvəllüdlü Namazova Xuşud Əli qızının isə sağ əlinin bilək nahiyəsi yaralanıb, dodağı çapılıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Xəstələrə lazımi tibbi yardım göstərilib, onların vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alan şəxslərin sözlərinə görə, onlar evə basqın edən iki nəfər maskalı şəxs tərəfindən döyülüblər.

Zərərçəkənlər basqın edənlərin silahlı olduğunu bildiriblər. İlkin məlumata görə, basqınçılar evdən heç nə apara bilməyiblər. Yaranan səs-küyə görə onlar hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO