Göyçay sakini iki qonşusunu bıçaqladı

Göyçay sakini iki qonşusunu bıçaqladı

Hazırda oxunan: Göyçay sakini iki qonşusunu bıçaqladı

65704

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, ötən gün saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəmnində dava baş verib. 

İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova və evə qonaq gələn digər qonşu, 1988-ci il təvəllüdlü Seyidov Hilal Sahib oğluna xəsarət yetirib. 

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO