ADA Universitetində Bahar Gənclik Festivalı keçirildi - FOTO

ADA Universitetində Bahar Gənclik Festivalı keçirildi - FOTO

Hazırda oxunan: ADA Universitetində Bahar Gənclik Festivalı keçirildi - FOTO

65648

Martın 18-i ADA Universitetində ADA Universiteti Fondunun (Azərbaycan) və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində səkkizinci Bahar Gənclik festivalı keçirilib. 

Bizim.Media-nın məlumatına görə, universitetin ənənəvi bahar tədbirlərindən sayılan festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib. 

Milli-mədəni dəyərlərimizi təbliğ edən festival yerli və xarici tələbələrin, ADA məktəblilərinin, Universitetin müəllim və işçi heyətinin, həmçinin tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə keçirilib. Festivala dəvət edilən şəhid və qazi övladlarına xüsusi hədiyyələr təqdim edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

ADA və MEDİA arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO


Festival iştirakçılarını salamlayan ADA Universiteti Fondunun (Azərbaycan) Sponsorluq layihələri üzrə direktoru və “Təmiz ölkəm” layihəsinin rəhbəri Firuzə İsmayıl bildirib ki, pandemiya ilə əlaqədar iki illik fasiləyə baxmayaraq Bahar Gənclik festivalı yenidən ADA icmasını bir araya gətirə bilib. 

"Bahar təbiətin oyanışını əks etdirir. Təbiəti qorumaq isə hər birimizin borcudur. Elə bu səbəbdən də, təbiəti qorumaq məqsədilə ADA Universiteti “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, ADA Universitetinin Fondu və “AzEkol” MMC-nin dəstəyi ilə “Təmiz ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə başlayaraq plastik tullantıların təkrar emalını həyata keçirir", - deyə F. İsmayıl əlavə edib. 

Festival zamanı gənc müğənni Hiss və dicey Çina tərəfindən səsləndirilən musiqi ifaları, eləcə də "Səma" rəqs qrupunun şousu iştirakçıların zövqünü oxşayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO