Biləsuvarın sabiq icra başçısı 11 il müddətinə həbs edildi

Biləsuvarın sabiq icra başçısı 11 il müddətinə həbs edildi

Hazırda oxunan: Biləsuvarın sabiq icra başçısı 11 il müddətinə həbs edildi

65526

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib. 

Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib. 

Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib. Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub. 

Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib. 

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO