Bildiyiniz kimi, Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası alıb. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu”.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan bildirilib.
“Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosesini diqqət mərkəzində saxlayıb. Yaralının ilkin dövrdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib.
Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğunun Xarkov vilayət administrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə edilib.
Hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyəsi ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub.
Qeyd etmək istərdik ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır”, - qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:39 / 18.03.2022
Xarkovda yaralanan azərbaycanlı sürücü ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Xarkovda yaralanan azərbaycanlı sürücü ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Xarkovda yaralanan azərbaycanlı sürücü ilə bağlı YENİ XƏBƏR
65502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.