Hikmət Hacıyev BMT rəsmisi ilə Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanını müzakirə etdi

Hikmət Hacıyev BMT rəsmisi ilə Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanını müzakirə etdi

Hazırda oxunan: Hikmət Hacıyev BMT rəsmisi ilə Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanını müzakirə etdi

65412

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin direktoru Bruno Pozzi ilə Ermənistanın 30 il davam etmiş hərbi işğalının Azərbaycana vurduğu ekoloji ziyanın nəticələrini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

“Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik. Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO