Qazaxda öz dostunu, rayonun "Yeni qəsəbə" adlanan yaşayış massivində qəsəbə sakini 1999-cu il təvəllüdlü Adıgözəlov Səhlədar Nazim oğlunu bıçaqlayan rayon sakini saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinaDən verdiyi məlumata görə, hadisənı törədən 2002-il təvəllüdlü, rayonun Qazaxbəyli kənd sakini Cavid İsayevdir.
O, münaqişə zəminində dostuna bıçaq zərbəsi yetirib.
Faktla bağlı araşdırma davam etdirilir.
*** 08.56
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Yeni qəsəbə" adlanan yaşayış massivində" qeydə alınıb.
Qəsəbə sakini 1999 cu il təvəllüdlü Adıgözəlov Səhlədar Nazim oğlu bədənin kəsilmiş deşilmiş yarası xəsarətilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin versiyaya görə, 23 yaşlı gənci öz dostu Cavid adlı şəxs bıçaqlayıb. Deyilənə görə hadisə gənclər arasında düşən mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:22 / 18.03.2022
Qazaxda dostunu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Hazırda oxunan: Qazaxda dostunu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Hazırda oxunan: Qazaxda dostunu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
65410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.