Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verildi – YENİLƏNİB

Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verildi – YENİLƏNİB

Hazırda oxunan: Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verildi – YENİLƏNİB

65335

VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

16.06 ***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, MSK üzvləri hazırda məsələni müzakirə edirlər.

Xatırladaq ki, martın 16-da Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyaya əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO