Bu il yanvarın 7-də Bakıda yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı istintaq başa çatıb.
Nərimanov rayon Prokurorluğundan Bizim.Media-ya bildirilib ki, istintaqla zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydalarının tələblərini pozaraq xəmir qarışdıran qurğunu ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Çörək zavodunda FACİƏ – İş yoldaşı qadının ölümünə səbəb oldu
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.
Bizim.Media