Televiziya aparıcılarına niyə saqqal qadağası qoyuldu? - Professor səbəbləri AÇIQLADI

Televiziya aparıcılarına niyə saqqal qadağası qoyuldu? - Professor səbəbləri AÇIQLADI

Hazırda oxunan: Televiziya aparıcılarına niyə saqqal qadağası qoyuldu? - Professor səbəbləri AÇIQLADI

65106

Hər kəsin özünməxsus tərzi və üslubu var. Lakin gündəlik istifadədə rahat hiss etdiyimiz tərzimiz başqa məkanların “dress code” na uyğun gəlməyə, qəbul olunmaya bilər. 

Bu bir çox iş yerlərində də belədir. Ofislərdə daha çox qadınların saç düzümləri, geyimlərinə, kişilərin isə əsasən saqqallarına qarşı səliqəli və nizamlı olmaları tələb edilir. 

Bəlli ölkələrdə (Tacikistan və s.) çox saqqal saxlayanlar təhlükəli, radikal şəxs qismində nəzarətə alınaraq barələrində tədbirlər görülür. Əsaslandırılır ki, saqqala qarşı görülən tədbirlər dünyəvi həyat tərzini qoruyub saxlamağa görədir.

Azərbaycan televiziya kanallarında da son zamanlar saqqal məsələsi gündəm olub. Hətta bu qadağa sərbəstliyini, tərzini sevən aparıcı və digər televiziya işçilərinin sevərək çalışdığı işini tərk etmələri ilə nəticələnir. 

Əməkdar jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli Bizim.Media-ya bu mövzuda öz fikirlərini bildirib.

Onun sözlərinə görə, televiziyanın bu kimi qərarlar verməsi onun daxili məsələsidir və burada qəbahət yoxdur:

“Kiminsə geyimi, saç düzümü, saqqal saxlaması onun şəxsi işi və hüququdur. Hazırda efirlərdə də saqqallı gənclər görürəm həmçinin buna çox normal baxıram. Çünki hər kəsin bir dəbi, zövqü var. Amma bir televiziya kanalı konkret olaraq aparıcıya geyim, görünüş forması müəyyən edirsə, bu onun daxili işidir və buna təəccüblənmək lazım deyil. Televiziya təyin etdiyi qaydalara uyğun davranan işçilərə, aparıcılara potensialını göstərməsi, rahat işləməsi üçün hər zaman  yol açır”.

Həmçinin professor qeyd edir ki, saqqal saxlamaq problemli bir şey deyil, problem ondandır ki, bu bir dəb halını alır:
 

“Gənc oğlanlar da televiziyadan görüb saqqal saxlamağa başlayırlar və nəticədə pis nümunələr yaranır. Dövlət və özəl telekanalların özlərinə məxsus qaydaları, formatı var.


Necə ki, müğənnilər özəl kanalarda daha sərbəst olur, amma Azərbaycan Dövlət Televiziyasında daha ciddi və kanalın formatına uyğun davranırlar. Düşünürəm ki, bu baxımdan qoyulan qadağalar normal qarşılanmalıdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO