Putini təkbətək döyüşə çağıran Maska Kadırovdan CAVAB 

Putini təkbətək döyüşə çağıran Maska Kadırovdan CAVAB 

Hazırda oxunan: Putini təkbətək döyüşə çağıran Maska Kadırovdan CAVAB 

65028

Ötən günlərdə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb. 

Bizim.Media xəbər verir ki, İlon Maskın çağırışına Çeçenistan rəhbəri Ramzan Kadırov münasibət bildirib. 

Kadırov “Telegram” kanalında paylaşdığı yazıda İlon Maskı “Maska İlona” adlandırıb. 

“Çox fərqli çəki dərəcələri var. Bir tərəfdə biznesmen, digər tərəfdə isə dünya siyasətçisi, strateq, Qərbin və ABŞ-ın tufanı. Maskın nəvazişkar İlonadan qəddar İlonaya çevrilməsi üçün “nasos” lazımdır. O, bununla bağlı Çeçenistanın bir neçə mərkəzində təlim keçməlidir” – deyə Karıdov qeyd edib. 

İlon Mask da öz növbəsində Kadırova cavab verib: 

“Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm”. 

İlon Mask hətta “Twitter”də adını da dəyişərək “Elona Musk” qoyub. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO