16 yaşlı qız dördüncü mərtəbədən yıxıldı

16 yaşlı qız dördüncü mərtəbədən yıxıldı

Hazırda oxunan: 16 yaşlı qız dördüncü mərtəbədən yıxıldı

65020

Yevlaxda  16 yaşlı qız dördüncü mərtəbədən yıxılıb.

Bizim.Media-nın məlumatına görə, hadisə Yevlax şəhəri Heydər Əliyev prospektində baş verib.

2006-cı il təvəllüdlü şəhər sakini  İsmayılova Aysel Cəmil qızı hələki naməlum səbəblərdən  həmin ünvanda  yerləşən binanın dördüncü mərtəbəsindən  yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb.

Yaralı gənc qız dərhal xəstəxanaya çatdırılıb və daha sonra bölgənin digər tibb müəssisəsinə göndərilib.

Qeyd edək ki , hadisə gənc qızın yaşadığı ünvanda deyil, tamamilə fərqli bir yerdə baş verib.
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO