“Qar yağsaydı, hava təmizlənərdi” - Mif yoxsa həqiqət?

“Qar yağsaydı, hava təmizlənərdi” - Mif yoxsa həqiqət?

Hazırda oxunan: “Qar yağsaydı, hava təmizlənərdi” - Mif yoxsa həqiqət?

6497

Uşaqlıqdan qulağımız “qar yağsaydı hava təmizlənərdi” sözünü tez-tez eşidir. Maraqlıdır ki, bu fikrə inananların sayı çoxdur. Başqa bir deyimə görə qışda uzun müddət yağıntı olmayanda, zökəm xəstəliyi, soyuqdəymələr artır.

Bu da qarın yağmasını gözləyənlərin əhvalına pis təsir edir. Çünki onlar qarla şəfa tapacaqlarına inanırlar.Bütün bunlar həqiqətə uyğundurmu, yoxsa əfsanədir?

Bizim.Media sözügedən mövzuda apardığı kiçik araşdırmanı təqdim edir.

Qar nədir? Necə və nədən yaranır?

Qar - çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısıdır. O buludda  temperatur 0 °C-dən aşağı olduqda yaranır, yerə enməsi 4 °C tempraturdan aşağı olduqda baş verir.

Bu atmosfer möcüzəsinin də öz növləri var. Çox soyuq olmayan havada yağan qar, bir neçə dənəciklərlə birləşib meydana lopa-lopa qar dənələrini çıxarır.

Şaxtalı olmayan hava da isə, su və buz birləşərək sulu qar formasında yağır. Yerə çatdıqda isə yerin istiliyindən əriyib gedir.  Bundan başqa qarın düyü qar, quru qar kimi də növləri var.

Boran isə qarın  küləklə birlikdə meydana gəldiyi vəziyyətidir. Görüntü məsafəsini azaldır, gediş-gəlişi çətinləşdirir. Boran zamanı həmçinin yollar buz bağlayır.

Qar, havanın soyuq olduğunun göstəricisi kimi qəbul edilir. Ancaq əslində,  qar yağanda, temperaturu yüksəldir, soyuğu azaldır. Havadakı toz və zəhərli hissəcikləri, yoluxucu virusları yerə endirərək, təmizləyir.

Deməli, sizə inandırıcı gəlməsə də, yağan qar atmosferə istilik verir. Bundan əlavə, o yerə düşdükdə bir yorğan kimi onu bürüyüb, təbii istiliyini saxlamağına kömək edir, bitki və heyvanları soyuqdan qoruyur. Bu da onların  tələf olmasının qarşısını alır.

Ən maraqlısı isə qar dənəcikləridir.

Sən demə, indiyə qədər yağan milyardlarla qar dənələri, heç biri o birisinə bənzəmir. Belə ki, 1931-ci ildə Amerikalı Vilson Betley adlı bir fotoqrafın “Qar kristalları” kitabı satışa çıxarılır.

Vilsonun uzun müddət 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə salır. Məlum olur ki, qar dənəcikləri əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir.

Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir. Vinson özü bu inanılmaz fakt haqqında belə qeyd etmişdi:

“Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə gədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm”.Əvvəldə qeyd etdiyimiz kimi, qışda uzun müddət qar yağmayanda qrip infeksiyası, zökəm xəstəliyi şikayətləri artır, insanın immun sistemi zəifləyir. Bunun da ən önəmli səbəbi atmosferdə virusların miqdarının çoxalmasıdır.

Çünki zərərli viruslar qış fəslinə görə isti keçən havalarda, çoxalaraq parazitləri artırır.

Ancaq hava mənfi dərəcəyə enəndə yağan qar mikrobları havada məhv edib, onların yerə enməsinə maneçilik törədir. Çünki zərərli mikroorqanizmlərin soyuq havada özünü qoruma mexanizmi olmadığından, onlar dərhal məhv olurlar.

Belə məlum olur ki, həqiqətəndə yağan qar virusları öldürərək, bizi xəstəliklərdən qoruyur.

Ona görə qar yağanda deyinməzdən öncə düşünün. Yağan qarın sonradan palçığa çevrilib yolları iflic vəziyyətinə salması haqqında yox, onun xeyirini daha çox fikirləşin. Qarın gözəlliyindən zövq alıb,  gətirdiyi təmiz havanı ciyərlərinizə çəkin.

Bura qədər hər şey çox yaxşıdır. Ancaq unutmamalıyıq ki, biz qışda yalnız açıq havada gəzmirik. Vaxtımızın demək olar ki, çox hissəsini qapalı məkanlarda keçiririk. Soyuq havada məhv olan viruslar, fürsət tapan kimi bizimlə isti məkanlara üz tutaraq orada artıb çoxalırlar. Çox təəssüf ki, bu qapalı məkanlarda qarın yağması da bizə kömək olmur.

Bunun üçün qış aylarında sadalanan yollarla özümüzü yoluxucu mikroblardan qoruya bilərik

- Fərdi təmizliyinizə fikir verin. Tez-tez əllərinizi sabunla yuyun

- Oturduğunuz məkanın havasını tez-tez dəyişin, otaq istiliyini çox yüksəltməyin;

- Bacardığınız qədər xəstə insanlarla əl verib, öpüşüb- görüşməyin. Onlarla bir yerdə çox olmayın, əgər buna məcbursunuzsa, qoruyucu maskadan istifadə edin;

- Çoxlu mövsümü meyvə-tərəvəzlər qəbul edin;

- Gündə mütləq 6-8 saat yatın;

- Siqaret çəkməyin, çəkilən yerlərdən uzaq durun;

Çalışın hər zaman sağlamlığınızı qoruyasınız...

Vüsalə Balayeva, Bizim.Media

 

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO