Həbsdə olan beynəlxalq dərəcəli hakimlə bağlı MƏHKƏMƏ QƏRARI

Həbsdə olan beynəlxalq dərəcəli hakimlə bağlı MƏHKƏMƏ QƏRARI

Hazırda oxunan: Həbsdə olan beynəlxalq dərəcəli hakimlə bağlı MƏHKƏMƏ QƏRARI

64921

Bakı Apellyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən Teymur Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərarı elan edib.

Bizim.Media xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, T.Əliyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

İttiham aktına əsasən, o, bir nəfəri Fövqəladə Hallar Nazirliyinə, digərini isə Dövlət Yol Polisinə işə düzəltmək adı ilə aldadıb. T.Əliyev həmin şəxslərdən ümumilikdə 25 500 manat pulu dələduzluq yolu ilə ələ keçiirb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. T.Əliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, T.Əliyev Azərbaycan Uşu Federasiyasının müəllimi, Beynəlxalq Uşu Federasiyasının beynəlxalq dərəcəli hakimi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO