Azərbaycanlı məktəbli Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazandı - FOTO

Azərbaycanlı məktəbli Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı məktəbli Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazandı - FOTO

64900

Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusets Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilmiş respublika fənn olimpiadalarında kimya fənni üzrə II yerin, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada distant təşkil olunmuş ICHO - Beynəlxalq Kimya Olimpiadasında bürünc medal (III yer) qazanıb.
Salman Hüseynov hazırda Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO