Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artdı

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artdı

Hazırda oxunan: Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artdı

64758

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 6 975,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 6,4% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 46,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 3 269,8 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3%-lik artım).

Xatırladaq ki ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO