Azərbaycanda kafedə silahlı İNSİDENT: 2 nəfər saxlanıldı

Azərbaycanda kafedə silahlı İNSİDENT: 2 nəfər saxlanıldı

Hazırda oxunan: Azərbaycanda kafedə silahlı İNSİDENT: 2 nəfər saxlanıldı

64676

Şəmirdə kafedə kütləvi dava olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində qeydə alınıb. 

Kənd sakinləri N.Bağıyev və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşı xuliqanlıq zəminində biri-birilərini döyüblər.

Bu zaman E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO