“Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar üzərindən dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Maxaçqala yaxınlığında düşərgədə gözləməli olur”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb:
MÖVZU İLƏ BAĞLI:
Razi Nurullayevdən Rusiya ilə bəyannaməni tənqid edənlərə SƏRT REAKSİYA – “Gülünc yanaşmadır”
“Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək. Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə... Nə çətinlik var axı burada? Göndər nümayəndəni və vətəndaşlarını gətir. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk.
Azərbaycan vətəndaşlarının düşərgədə günlərlə nümayəndə gözləməsinə çox pis yanaşıram. Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?”, - deyə deputat etiraz edib.
Alçina Amilqızı, Bizim.Media