83 cinayətin üstü “isti izlər”lə açıldı, 90 nəfər saxlanıldı

83 cinayətin üstü “isti izlər”lə açıldı, 90 nəfər saxlanıldı

Hazırda oxunan: 83 cinayətin üstü “isti izlər”lə açıldı, 90 nəfər saxlanıldı

64630

Daxili İşlər Nazirliyi (DİN) martın 12-13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 83 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO