Azərbaycanın şimal bölgələrinə qar yağır, şaxta var – FOTO/VİDEO

Azərbaycanın şimal bölgələrinə qar yağır, şaxta var – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın şimal bölgələrinə qar yağır, şaxta var – FOTO/VİDEO

64616

Azərbaycanın şimal bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir. Mart ayı üçün heç də xarakterik olmayan şaxta və qar  əsasən Quba, Qusar, Xızı rayonlarında özünü daha çox göstərir. Şabran və Siyəzənin dağlıq kəndlərinə də qar düşüb.

Quba ərazi hidrometereologiya müəssisəsindən Bizim.Media-ya məlumat verilib ki, bu gün səhər ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb: -12.16.

Ən çox qar yağışı isə  29 sm olmaqla Qubanın Xaltan kəndində  müşahidə edilib. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü  28 sm təşkil edir.

Mart ayında yağan qarı yerli sakinlər bolluq və bərəkət rəmzi kimi qiymətləndirirlər.

Bununla bağlı qubalı fermer İldırım Məmmədov deyir ki, mart ayında yağan qar çox xeyirlidir:

"İndiki yağıntının yay aylarında əkin, meyvə-tərəvəz sahələri üçün xeyri olacaq. Suvarma üçün ehtiyat baza yaranır. Nə qədər çox yağsa, yaxşıdırŞ çünki ölkədə quraqlıq ehtimalı var. Kür çayının səviyyəsi azalır”.

İldırım Məmmədovun fikrincə, yağan qar indi taxıl, əkin sahələrini bürüyən  zərərvericiləri də məhv edir.

Aytəkin Alxaslı, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO