Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTO

Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTO

64526

Rusiyanın paytaxtı Moskvada, Mərkəzi Kinematoqrafçılar Evinin böyük zalında ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Bizim.Media xəbə verir ki, vida mərasimində Azərbaycanın və Rusiyanın tanınmış simaları iştirak edir.

Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.

Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir.

1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub (Report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO