Azərbaycan gimnastları Bakıdakı dünya çempionatının finalında mübarizə aparacaq

Azərbaycan gimnastları Bakıdakı dünya çempionatının finalında mübarizə aparacaq

Hazırda oxunan: Azərbaycan gimnastları Bakıdakı dünya çempionatının finalında mübarizə aparacaq

64374

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü günü keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu gün qadın cütlükləri, kişi və qadın qrupları arasında balans hərəkətlər üzrə, kişi və qarışıq cütlüklər arasında temp hərəkətlər üzrə final olacaq. 

Final saat 16:00-da başlayacaq. 

Kişi cütlükləri arasında temp hərəkətin finalında medallar uğrunda mübarizəni Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyev dueti aparacaq. Onların finaldakı rəqibləri İspaniya, Almaniya, Portuqaliya, Qazaxıstan və ABŞ təmsilçiləridir. 

Bu gün həmçinin Azərbaycanın qarışıq cütlüyü Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətinin finalında çıxış edəcək. Onların finaldakı rəqibləri İspaniya, Portuqaliya, İsrail, Belçika və Böyük Britaniyadan olan cütlüklərdir. 
Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilir. Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO