G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Yaponiya, Fransa və ABŞ) Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Məhdudiyyətlərin məqsədi Rusiya prezidenti Vladimir Putinin öz ordusunu maliyyələşdirmək üçün pulunun olmamasına zəmin yaratmaqdır.
Bizim.Media “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Truss deyib.
Siyasətçi konkret hansı sanksiyaların müzakirə olunduğunu açıqlamayıb.
"Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik", - nazir Vaşinqtonda çıxışı zamanı deyib.
O, Twitter səhifəsində qeyd edib ki, çıxışında Rusiya Federasiyasının qarşısını almaq üçün dünyanın necə birləşməli olduğunu bildirib.
Truss əlavə edib ki, Qərb ölkələri öz hərəkətləri ilə Rusiya rəhbərliyini “öz döyüş maşınını maliyyələşdirmək” imkanından məhrum etmək niyyətindədirlər.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı artıq “ciddi zərər çəkib”. Bununla belə, təzyiqlər davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:21 / 11.03.2022
G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – FOTO
Hazırda oxunan: G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – FOTO
Hazırda oxunan: G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – FOTO
64189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.