Əvvəllər vətəndaş bir mənzili alırdısa, müəyyən vaxtdan sonra onu öz adına rəsmiləşdirmək istəsə də, buna müvəffəq ola bilmirdi. Çünki ən azı 3 il həmin krediti ödəməli idi.
Bizim.Media xəbər verir ki, artıq dövlət xətti ilə kirayəyə verilən mənzillərin alış qiymətini vaxtından əvvəl tam və yaxud qismən ödəmək mümkün olacaq.
Bu, martın 4-də Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik etməsindən sonra mümkün olub.
Daha ətraflı videodan izləyin:
Bizim.Media