Bu gün Bəylər Əyyubovun DOĞUM günüdür

Bu gün Bəylər Əyyubovun DOĞUM günüdür

Hazırda oxunan: Bu gün Bəylər Əyyubovun DOĞUM günüdür

64077

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun doğum günüdür.

Bizim.Media xəbər verir ki, ölkənin əsas mühafizə xidməti rəhbərlərindən biri olan general Əyyubovun 71 yaşı tamam olur.

Bəylər Eyyubov 1951-ci il martın 10-da Ermənistanda anadan olub.

Prezidentin şəxsi mühafizəçisi 2 iyun 2003-cü ildə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini kimi çalışıb.

2020-ci ilin 16 martında isə Prezidenti İlham Əliyev tərəfindən Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Hazırda da həmin vəzifədə çalışır. 

Bəylər Əyyubov 26 dekabr 1998 - ci ildə "Azərbaycan Bayrağı" ordeni, 21 avqust 2010 - ci ildə II dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2021-ci ilin martında isə “Şərəf” ordenləri ilə təltif edilib.

Bizim.Media kollektivi olaraq biz də Bəylər Əyyubovu doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq və fəaliyyətində uğurlar arzulayırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO