46 mindən çox şagird buraxılış imtahanı verəcək

46 mindən çox şagird buraxılış imtahanı verəcək

Hazırda oxunan: 46 mindən çox şagird buraxılış imtahanı verəcək

64004

Dövlət İmtahan Mərkəzi 12 və 13 martda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilirlər. 

İmtahanlar 12-13 mart tarixlərində respublikanın 31 şəhər və rayonunda keçiriləcək. 

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3553 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 579 imtahan rəhbəri, 4393 nəzarətçi-müəllim, 429 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb. 

Martın 12-də keçiriləcək imtahanlarda 26 697, martın 13-da keçiriləcək imtahanlarda isə 19 418 nəfər olmaqla, ümumilikdə 46 115 şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanlarda 36 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO