DİN-dən toyla bağlı VACİB AÇIQLAMA - Ləğv edilən qərar bərpa olundu

DİN-dən toyla bağlı VACİB AÇIQLAMA - Ləğv edilən qərar bərpa olundu

Hazırda oxunan: DİN-dən toyla bağlı VACİB AÇIQLAMA - Ləğv edilən qərar bərpa olundu

63879

Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl karantin qaydalarının yumşalması ilə əlaqədar şadlıq evlərinə tətbiq olunan “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə bağlı tələbin də ləğv edildiyi açıqlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO