DİN Bakıda qadının ərini bıçaqlamasının səbəbini AÇIQLADI

DİN Bakıda qadının ərini bıçaqlamasının səbəbini AÇIQLADI

Hazırda oxunan: DİN Bakıda qadının ərini bıçaqlamasının səbəbini AÇIQLADI

63758

Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

"Vətəndaş H.Nadirov DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib.

Orada onunla profilaktiki söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət olunub.

Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qadın ərini bıçaqladı - Polis bölməsinin həyətində


Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib.

Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib, onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək", deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO