Rusiya Ukraynada BÖYÜK ƏMƏLİYYAT planı hazırlayır – Ədalət Verdiyevdən DETALLAR

Rusiya Ukraynada BÖYÜK ƏMƏLİYYAT planı hazırlayır – Ədalət Verdiyevdən DETALLAR

Hazırda oxunan: Rusiya Ukraynada BÖYÜK ƏMƏLİYYAT planı hazırlayır – Ədalət Verdiyevdən DETALLAR

63537

“Düşünmürəm ki, əməliyyat şəraiti Ukraynanın xeyrinə dəyişib. Çünki artıq pilotlu aviasiyadan, uzaqmənzilli hava hücumundan müdafiə sistemlərindən məhrum olan Ukrayna ordusunun müharibənin gedişində təşəbbüsü ələ keçirməsi gözlənilən deyil. Döyüşürlər, kifayət qədər qəhrəmanlıqlar göstərirlər, amma müharibədə təşəbbüsü əldə etmək üçün aviasiya və HHM-lər mütləq olmalıdır.

Bu fikirləri Rusiyanın Ukrayna ərazisində davam edən hərbi əməliyyatlarını Bizim.Media üçün şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib.

Belə ki, real döyüş şəraitini analiz edən ekspert Rusiyanın əsas hücum planını bu cür şərh edib:

“3 tərəfdən Rusiya qüvvələri tərəfindən hücuma məruz qalan Mariopolun 3 gündən artıq davam gətirə biləcəyini real hesab etmirəm. Rusiya bu şəhəri nəzarətə götürməklə Donetksdən Krıma quru yolunun açılmasına nail olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

“3-cü Dünya Müharibəsi artıq başlayıb” - Ədalət Verdiyevdən AÇIQLAMA


Kiyev və Xarkov istiqamətində intensiviliyin müəyyən qədər aşağı düşdüyünün mən də şahidiyəm. Lakin bunun bəlli səbəbləri var:

1. Burada kifayət qədər mülki əhali var və Rusiya daha çox mülki əhalinin həmin əraziləri tərk etməsini gözləyir. 

2. Yeni qruplaşmaların yaradılması vacibdir. Bu istiqamətdə Priluki və Babrovitsaya qədər irəliləyən Rusiya qoşunları əvvəlcə Sumi şəhərini və ətrafında olan böyük bir ərazini mühasirəyə almağa və bundan sonra həmin qruplaşmanı Kiyevə şərq istiqamətindən hücumlarda istifadə etməyə hazırlaşır”.

Ədalət Verdiyevin sözlərinə görə, hər iki tərəfin əməliyyatları davam etdirməkdə müəyyən çətinlikləri var:

“Hər iki tərəfdən itkilər artır. Rusiyanın daimi dislokasiya məntəqələrindən daha çox uzaqlaşması isə, onları təchizat problemləri ilə qarşı-qarşıya qoyur.

Digər tərəfdən Ukrayna ciddi hərbi dəstək almasa da, Rusiyanın resurslarının böyük olması müharibənin qeyri-bərabər balansını saxladığı göstərir. Rusiya ciddi daxili və xarici təzyiqlərə məruz qalır. O cümlədən Ukraynanın yerli əhalisi, hətta rusların belə Kremlə qarşı etirazları Moskvanı ən qısa zamanda danışıqlar masasında oturmağa vadar edir”.

“Amma Moskvanın Ukraynanın Qara dənizlə əlaqəsini kəsmədən, Kiyev və Xarkova tam nəzarəti ələ keçirmədən səmimi danışıqlara başlayacağını da real hesab etmirəm”, - Ədalət Verdiyev fikirlərini yekunlaşdırıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO