“ABŞ dekabrda Ukraynanı silahlarla təchiz edib” – Washington Post 

“ABŞ dekabrda Ukraynanı silahlarla təchiz edib” – Washington Post 

Hazırda oxunan: “ABŞ dekabrda Ukraynanı silahlarla təchiz edib” – Washington Post 

63298

“Hələ dekabr ayında Pentaqon Ukraynanı döyüşlər üçün silah və avadanlıqlarla təchiz edirdi”.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” çatdrılma və satışlar haqqında məxfiliyi ləğv edilmiş hesabata istinadən yazır.

“Bu, davam edən prosesdir. Biz həmişə Ukraynanın nəyə ehtiyacı olduğuna baxırıq və bunu uzun illərdir ki, edirik. Böhrandan öncə keçirilən iclasların əksinə olaraq biz ukraynanılarla gündəlik danışaraq ehtiyacların müəyyən edilməsi və məsləhətləşmələr prosesini sürətləndirmişik” – deyə Pentaqonun adı açıqlanmayan yüksək rütbəli rəsmisi bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ukraynaya 10 milyard dollar yardım edə bilər – “The Washington Post”


Qeyd olunur ki, xüsusən də əsgərləri partlamamış hərbi sursatlardan qorumaq üçün ov tüfəngləri və xüsusi geyimlər tədarük edilib.

Nəşrin yazdığına görə, son bir həftə ərzində ABŞ prezidenti Co Bayden administrasiyası ilk dəfə olaraq “Stringer” zenit-raket komplekslərini göndərməklə təchizatı artırıb.

Bundan əlavə “Javelin” tank əleyhinə raket sistemləri göndərilib.

Qəzet yazır ki, ekspertlərin fikrincə, Ukraynadakı döyüşlər qaçılmaz olaraq küçə döyüşlərinə çevriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO