Daha 200 azərbaycanlının Xarkovdan Polşaya təxliyəsi planlaşdırılır

Daha 200 azərbaycanlının Xarkovdan Polşaya təxliyəsi planlaşdırılır

Hazırda oxunan: Daha 200 azərbaycanlının Xarkovdan Polşaya təxliyəsi planlaşdırılır

63259

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 150-200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bu barədə hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Xarkovdan 500 azərbaycanlı təxliyə edilib


Onun sözlərinə görə, dünən Ukrayna-Polşa sərhədini, təxminən, 100 nəfər keçib:

“Ümumilikdə, Polşaya təxliyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hələ sərhəddə xeyli sayda vətəndaşlarımız var ki, onlar da Polşaya təxliyə olunmağı gözləyir. Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib.

Onların neçəsinin sərhəddi keçə biləcəyi barədə isə dəqiq məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur”.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından martın 4-dək quru yolla Polşa Respublikasına 770 nəfər vətəndaşımız daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO