Ukrayna kəşfiyyatı Rusiya ordusunun məxfi sənədlərini ələ keçirdi – TƏFƏRRÜAT

Ukrayna kəşfiyyatı Rusiya ordusunun məxfi sənədlərini ələ keçirdi – TƏFƏRRÜAT

Hazırda oxunan: Ukrayna kəşfiyyatı Rusiya ordusunun məxfi sənədlərini ələ keçirdi – TƏFƏRRÜAT

63017

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölməsi Rusiyaya məxsus komanda-qərargah avtomobilini ələ keçirərək, Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Bizim.Media Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti “Facebook”da yazıb.

“Martın 2-də Kiyevin şimal-qərb istiqamətində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölməsi Rusiyaya məxsus 9S932-1 (Barnaul-T) kəşfiyyat və idarəetmə modulunu ələ keçirib”, - məlumatda deyilir.

Maşının məqsədi hava hədəflərinin kəşfiyyatının həyata keçirilməsi olub.

Döyüş zamanı modulun ekipajı məhv edilib. Avtomobil Çerni Zaporojets N saylı briqadaya təhvil verilib, artıq döyüş növbətçiliyindədir.

Nəqliyyat vasitəsi ilə birlikdə müvafiq bölmənin və Rusiya hərbçilərinin şəxsi sənədləri, xəritələr və rabitə vasitələri Ukrayna kəşfiyyatçılarının əlinə keçib.

Sənədlər Ukrayna kəşfiyyatçıları tərəfindən diqqətlə öyrənilir. Ukraynaya qarşı müharibədə iştirakı rəsmən sənədləşdirilən rusiyalı hərbçilərin şəxsi məlumatları üzərində iş aparılır.

Mənbə yazır ki, rusların şəxsi sənədləri beynəlxalq məhkəmələrdə sübut bazasının bir hissəsi olacaq.

“Öyrənilən sənədlərdən ilk nəticələr: Rusiya ordusunun hərbi əmlakın oğurlanması ilə bağlı böyük problemi var. Maşından aşkarlanan komandirlərin hesabatlarına görə, bölmənin bir sıra döyüş maşınlarında sabit rabitə və lazımi avadanlıq yoxdur”, - deyə idarədən əlavə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO