“TEKNOFEST Azərbaycan”: Avropanın ən güclü kiber atletləri Bakıya gəlir

“TEKNOFEST Azərbaycan”: Avropanın ən güclü kiber atletləri Bakıya gəlir

Hazırda oxunan: “TEKNOFEST Azərbaycan”: Avropanın ən güclü kiber atletləri Bakıya gəlir

62980

“Rocket League” mərhələsi üzrə Avropanın ən güclü kiber atletləri Bakıda güclərini sınayacaqlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin mayın 26 – 29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

"TEKNOFEST Azərbaycan"da texnoloji müsabiqələrin qeydiyyatı yekunlaşdı – 1000-ə yaxın müraciət var 


​​​​​​​Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

Kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi “Bakı Kristal Zalı”nda təşkil olunacaq. Yarışın milli təsnifat mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları iştirak hüququ qazanır.

Həmçinin bildirilib ki, Avropa çempionatının “CS:GO” mərhələsi cari ilin iyulun 5–6-da Rumıniyada, “eFootball” mərhələsi avqust ayında Monteneqroda və “DOTA 2/Free Fire” mərhələsi isə sentyabrın 20–25-də Albaniyada təşkil olunacaq.

Qeyd edək ki, paytaxt Bakı 2014-cü ildə kiber idman üzrə beynəlxalq tədbirə ev sahibliyi edib. Kompüter oyunları üzrə 6-cı Dünya çempionatı (6th e-Sports World Championship 2014, Baku) zamanı 30 ölkədən 300-dən çox iştirakçı tədbirdə iştirak edib. 

Mayın 26–29-da keçiriləcək “Rocket League” mərhələsi üzrə Mükafat Fondu 15 min ABŞ dollarıdır. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il aprelin 1-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO