Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bir sıra məqamlara toxunub.
Bizim.Media xəbər verir ki, Ukrayna-Rusiya arasındakı gərginlik fonunda Fransanın mövqeyi ilə bağlı suala rusiyalı XİN başçısının cavabı belə olub:
“Bilirsiniz ki, fransızların milli simvolu xoruzdur, ona görə tez-tez xoruzlanırlar”.
“Fransalı nazir dünya mətbuatı ilə təmasında bildirib ki, Putin xatırlasın ki, Fransada da atom bombası var. Bunu nə mən deyirəm, nə də Putin. Onlar deyirlər”, deyə Lavrov qeyd edib.
Lavrov Fransa prezidenti Emmanuel Makronu Ukraynaya dəstəyinə görə tənqid edib.
Sözügedən kadrları təqdim edirik:
Bizim.Media