"Ata, bizi tələyə saldılar": Nikolayevdə rus əsgərləri əsir düşdülər - VİDEO

Hazırda oxunan: "Ata, bizi tələyə saldılar": Nikolayevdə rus əsgərləri əsir düşdülər - VİDEO

62819

Ukraynalı döyüşçülər Rusiya Federasiyasının hərbçilərinin niyə ölkəmizə vuruşmaq üçün gəldiklərini soruşub. Əsirlərdən biri “Ukraynada “terrorçular” var” təbliğatı ilə beyinlərinin “xarab edildiyini” təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “unian.net” saytında yerləşdirilib.

Mənbə yazır ki, Nikolaevdə tutulan rus hərbçilərinə evə qayıtmağa icazə verilib. İkinci Dünya Müharibəsi əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə düşmən təslim olub.

Rusiya Federasiyasının əsgərlərinə 1944-cü ilin aprelində əsl qəhrəmanlıq göstərən Olşa paraşütçülərinin abidəsi yaxınlığında Ukrayna hərbçilərini öldürmək əmri verilibmiş.

Ukrayna hərbçiləri əsir düşənlərdən niyə ölkəmizə döyüşmək üçün gəldikləri soruşulub.

"Belə xəbər yayırdılar ki, burada terror törədirlər, qanunsuzluq var və Ukraynanın rus əsgərlərinin köməyinə ehtiyacı yaranıb", - əsirlərdən biri belə deyib.

Rusiya Federasiyasının ikinci hərbçisi atası ilə telefonla danışıb:

“Ata, bizi tələyə saldılar. Biz atəş açmadıq, sadəcə təslim olduq və əsir düşdük". 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO