Rusiyalı turistlər yay aylarında hansı ölkələrə üz tutacaq? – Avropa yolları bağlayıb

Rusiyalı turistlər yay aylarında hansı ölkələrə üz tutacaq? – Avropa yolları bağlayıb

Hazırda oxunan: Rusiyalı turistlər yay aylarında hansı ölkələrə üz tutacaq? – Avropa yolları bağlayıb

62774

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı ölkələri, Kanada və ABŞ Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib. Rusiyadan Avropaya uçuşlar üçün alternativ kimi yalnız Dubay, Abu-Dabi və Doha aeroportları qalıb.

Belə olan halda qarşıdan gələn yay aylarında rusiyalı turistlər hansı ölkələrə üz tutacaqlar? Rusiyanın “Rosturizm” agentliyi bu suala cavab verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, agentlik Türkiyə, Misir və Tunisin rusiyalı turistləri qəbul etməyə hazır olduğunu deyib. 

Mənbə yazır ki, Türkiyə, Misir və Tunis rusiyalı turistləri gözlədiklərini təsdiqləyiblər. Bu üç populyar turizm ölkəsi Rusiya vətəndaşlarının gəlişini dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində deyil. Əksinə, onlar Rusiyadan turist axınının artmasında maraqlıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO