100 nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salındı

100 nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salındı

Hazırda oxunan: 100 nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salındı

62741

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO