Bakı bulvarında bir nəfər dənizə düşdü – FHN xilas etdi

Bakı bulvarında bir nəfər dənizə düşdü – FHN xilas etdi

Hazırda oxunan: Bakı bulvarında bir nəfər dənizə düşdü – FHN xilas etdi

62737

Bakı bulvarında dənizə düşən şəxs xilas edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 100 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO