Türkiyə almaq istədiyi vaksini açıqladı

Türkiyə almaq istədiyi vaksini açıqladı

Hazırda oxunan: Türkiyə almaq istədiyi vaksini açıqladı

6270

Türkiyə gələn il martın sonuna kimi Amerika şirkəti “Pfizer” və onun alman partnyoru “BioNTech”in istehsalı olan koronavirus vaksininin 4,5 milyon dozasını almaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib.

"Çünki bu peyvəndi iki etnik türk hazırlayırdı, biz lap əvvəldən Türkiyənin ondan istifadə etməsini istəyirdik. Problem istehsalçının məsuliyyətində idi. Danışıqların gedişatında bu məsələnin həllinə qismən nail olundu.

Martın sonuna kimi 4,5 milyon doza almaq istəyirik, o cümlədən yanvarda 1-1,5 milyon", - Koca jurnalistlərə deyb.

O, əlavə edib ki, müqavilə peyvəndin 30 milyon dozasını çatdırmanı nəzərdə tuta bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO