Şimali Koreya Ukrayna böhranında ABŞ və Qərbi günahlandırdı

Şimali Koreya Ukrayna böhranında ABŞ və Qərbi günahlandırdı

Hazırda oxunan: Şimali Koreya Ukrayna böhranında ABŞ və Qərbi günahlandırdı

62691

Ukraynada gərginliyin artmasına səbəb ABŞ-ın hegemon siyasəti və Rusiyanın təhlükəsizlik sahəsində tələblərinə məhəl qoymamasıdır.    

Bizim.Media xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyasında çıxışı zamanı Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-dəki daimi nümayəndəsi Kim Son deyib.  

“Ukrayna böhranının kökündə başqa ölkələrə münasibətdə özbaşınalığına yol verən ABŞ və Qərbin hegemon siyasəti dayanır.

ABŞ və digər Qərb ölkələri Rusiyanın ağlabatan və ədalətli tələblərinə zidd olaraq hüquqi təminatlar üçün Avropada təhlükəsizlik sistemini sarsıtdı, orada hücum silahları yerləşdirməyə çalışdı və NATO-nun şərqə doğru genişlənməsinə can atdı” – deyə Kim Son qeyd edib. 

O, ABŞ və Qərbin hərəkətləri səbəbilə suverenliyi və ərazi bütövlüyü təhlükə altında olan Liviya, İraq, Əfqanıstanı xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO