Azərbaycanın “peyvənd millətçiliyi” ilə mübarizədə ROLU  

Azərbaycanın “peyvənd millətçiliyi” ilə mübarizədə ROLU  

Hazırda oxunan: Azərbaycanın “peyvənd millətçiliyi” ilə mübarizədə ROLU  

62622

“2020-ci ilin əvvəllərindən başlayaraq dünyada yaşanan bir çox iqtisadi, siyasi və humanitar böhranların fonunda COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal problemlərdən biri kimi qalmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Şahin Seyidzadəyə aiddir. 

O bildirib ki, dünyanın bir sıra aparıcı dövlətlərinin, şirkətlərinin və elm mərkəzlərinin araşdırmalarına rəğmən təəssüf ki, bəşəriyyət hələ də bu bəladan birdəfəlik xilas olunma yollarının axtarışındadır: 

“Sevindirici haldır ki, bu qlobal təhlükə ilə mübarizə sayəsində dünya birliyinin səyləri nəticəsində irəliləyişə nail olunmuş, əhalinin kütləvi şəkildə yoluxmasının qarşısının alınması istiqamətində peyvəndlənmə davam etməkdədir. Xüsusi ilə bir sıra ölkələrin problemin miqyasını nəzərə alaraq kütləvi yoluxmalarının sayının əvvəlki dövrlərlə müqayisədə minimuma endirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiq hesab olunur. 

Bu baxımdan Azərbaycanın istər ölkə əhalisinə, istərsə də beynəlxaq aləmdə vaksinləşmə prosesinə verdiyi tövhələr, dünyanın qlobal gücləri ilə bir sırada pandemiyanın təsirlərinin azaldılması istiqamətində apardığı işlərin əhəmiyyəti xüsusi ilə vurğulanmalıdır”. 
Deputat dünya miqyasında COVID-19 pandemiyası ilə mübarizə sahəsində hələ də ciddi problemlərin mövcud olduğunu təəssüflə qeyd edib: 

“Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra uğurlu təşəbbüslər irəli sürməsinin xüsusi əhəmiyyəti var. Görülmüş işlərə misal olaraq fevralın 25-də BMT Baş Assambleyası sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin həm milli maraqlar, həm də Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxış etməsini xüsusi ilə vurğulamaq lazımdır. 

İlham Əliyevin Qoşulmama Hərəkatı adından 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasında, eyni zamanda 2021-ci  ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələrin qəbul edilməsində göstərdiyi səylər məhz Azərbaycanın beynəlxalq təşkilata rəhbərliyi zamanı üzv dövlətlərin maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Bütün bunlarla yanaşı, Azərbaycanın pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı  sərgilədiyi mövqe və beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində göstərdiyi səylər COVİD 19 pandemiyasının qarşısının alınması baxımından ölkəmizin dünyada göstərdiyi qətiyyətli siyasi iradənin bariz nümunəsi sayıla bilər. 

Qeyd olunanlarla yanaşı, cənab Prezident İlham Əliyev tərəfindən BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi ilə bağlı irəli sürdüyü təkliflər bir daha Azərbaycanın təşəbbüskarlığının, dünyada baş verən proseslərə həssas yanaşmasının göstəricisi hesab etmək olar”, - deyə Şahin Seyidzadə fikrini yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO