Dərmanların qiymətində şübhə yaranarsa, zəng edin – NAZİRLİKDƏN AÇIQLAMA

Dərmanların qiymətində şübhə yaranarsa, zəng edin – NAZİRLİKDƏN AÇIQLAMA

Hazırda oxunan: Dərmanların qiymətində şübhə yaranarsa, zəng edin – NAZİRLİKDƏN AÇIQLAMA

6248

Bakı şəhərinin apteklərində koronavirus xəstələri üçün lazım olan dərmanlar on qat baha qiymətə satılır. Məsələn, Arbidolu indi Bakıdakı apteklərdən 30-40 manatdan aşağı tapmazsan.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi Bizim.Media-nın sorğusuna cavab verib.

Bildirilir ki, Arbidol adlı dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, qablaşdırmadakı miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən pərakəndə satış qiyməti (ƏDV daxil olmaqla) 4,73-29,56 manat arasında dəyişir.

Bildirilir ki, dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulmasıdır.

İnzibati Xətalar Məcəlləsində belə hallara yol verən əczaçılıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. 

Hazırda müvafiq qurum tərəfindən dərmanın qiymətinin şişidirilib satılması ilə bağlı monitorinqlər aparılır. Yaxın günlərdə qiymət intizamını pozanlar cəzalanacaqlar.

İstehlakçılara dərman vasitələri alan zaman müəyyən edilmiş qiymətlərlə uyğunluğuna diqqət yetirmələri tövsiyə olunur.

Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, istehlakçılar İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (498-15-01, 498-15-04) müraciət etsinlər.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO